Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

''Qarabağ'' Bakıya qayıtdı, heç kim qarşılamadı

Səfərdə "Atletiko” ilə oyunu 1-1 hesabı ilə bitirən "Qarabağ” klubu bu gün səhər ölkəmizə qayıdıb.

Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, futbolçularımız 09:30-da Heydər Əliyev adına Hava Limanında olsalar da, onları qaşılamağa heç kim getməyib. 

Hər uğurlu səfər matçından sonra azarkeş ordusu ilə qarşılanan futbolçuları bu dəfə qarşılamağa sadəcə bir neçə xanım çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...