Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kamil Zeynallı "Qarabağ"ın təyyarəsindəki qalmaqaldan danışdı

“Qarabağ”la Madridə gedən Kamil Zeynallı vətənə qayıtmayıb. Ölkə mətbuatında yayılan xəbərlərə görə, buna “Qarabağ” rəhbərliyi icazə verməyib. 

İddia olunur ki, Kamili səfərə yollanan zaman məlum qalmaqallı videosu klub rəhbərliyinin etirazına səbəb olub və buna görə də təyyarəyə buraxılmayıb.

Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, müğənni Gülay Zeynallının həyat yoldaşı bu iddialarla razılaşmayıb. 

O, açıqlamasında “Qarabağ”la vətənə qayıtmamasının səbəbi belə izah edib: “Bir azdan İstanbula uçacam. “Beşikatş” – “Monako” oyununa bilet almışam. Gedib mütləq oyunu izləyəcəm. Ölkədən çıxmışkən bir az gəzib dolaşaq. Sabah isə vətənə qayıdacam”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...