Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtaliyada Azərbaycan bayrağı qaldırıldı

Kikboksinq üzrə idman ustası dərəcəsinə malik azərbaycanlı Fəxrəddin İsgəndərov oktyabrın 25-dən 29-dək İtaliyanın Marina di Karrara şəhərində keçirilən Dünya Çempionatında K-1 və lou-kik kateqoriyalarında iki qızıl medal qazanıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, Avropa və dünya çempionu turnirə Ukrayna milli komandasının heyətində qatılıb. O, 60 kq-dək çəki dərəcəsində çıxış edib.

"K-1 kateqoriyasında ilk döyüşüm braziliyalı rəqibə qarşı oldu, qalib gəldim. Finalda polşalı idmançı ilə görüşdüm və onu elə ilk raundda nokauta saldım", - F.İsgəndərov bildirib.

Lou-kik kateqoriyasında isə finalda rəqib döyüşməkdən imtina edib və birincilik sevinci Ukrayna nümayəndəsinə nəsib olub.
Bununla azərbaycanlı idmançı iki müxtəlif kateqoriyada qızıl medal əldə edib.

Mükafatlandırma mərasimində F.İsgəndərov əlində Azərbaycan bayrağını tutub.

"Milliyyətcə azərbaycanlıyam. Xalqımın da qələbəm barədə məlumatının olmasını istəyirəm", - idmançı vurğulayıb.

F.İsgəndərov məşqçisi Artyom Kritskiyə və Ukraynadakı Azərbaycan diasporuna, xüsusilə Hikmət Cavadova təşəkkürünü bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...