Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” “Atletiko” ilə heç-heçələrdən nə qədər qazandı?

İspaniya “Atletiko” komandsı ilə Çempionlar Liqasının qrup mərhələsində etdiyi iki heç-heçə “Qarabağ”a təkcə iki xal qazandırmayıb.

Mynews.az xəbər verir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 1 milyon avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl “Qarabağ” Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

Qeyd edək ki, “Qarabağ” Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada “Atletiko” ilə qolsuz bərabərliyə qalıb, Madridin “Metropolitano” stadionunda keçirilən ikinci qarşılaşma isə 1:1 hesabı ilə bitib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...