“Riyad”ın lisenziyası ləğv edildi
“Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunub.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda bir çox obyektlərin mühafizəsi ilə məşğul olan məşhur şirkətin fəaliyyət göstərmək hüququ əlindən alınıb.
Daxili İşlər Nazirliyi tərəfindən son dövrdə adı qalmaqalda hallanan qoruma şirkəti lisenziyadan məhrum edilib.
Şirkət sonuncu dəfə bu ilin iyun ayında gündəmə gəlmişdi. İyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən “Safastore” mağazasına gələrək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilib.
Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digər 11 mühafizəçi isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Hazırda onların işinə Binəqədi rayon Məhkəməsində baxılır.
Bu hadisədən dərhal sonra şirkətin fəaliyyəti rəsmi qurumlar tərəfindən dayandırılıb.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 940 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 930 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 927 dəfə oxunub