Azərbaycan millisinin heyəti dəyişir

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Mynews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XI turun “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.
Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, noyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar.
İdman
- "Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlandı
- "Qarabağ" "Fənərbaxça"nın ulduzunu transfer etdi
- Ronaldo ilin ən yaxşı futbolçusu seçildi
- Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
- Millimizin futbolçusu həbs edildi - SON DƏQİQƏ
- 14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 957 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 934 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 933 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 933 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 920 dəfə oxunub