Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Almanlar millimizi “yedi” - 0:7 - VİDEO

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Azərbaycanın gənclərdən ibarət millisi da növbəti matçına çıxıb.

5-ci qrupda yer alan komandamız doğma meydanda Almaniya ilə qarşılaşıb. Futbolçularımız bu dəfə daha biabırçı məğlubiyyətlə üzləşiblər. Komandamız 7 cavabsız qolla uduzub.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
9 noyabr

Azərbaycan – Almaniya 0:7
Qol: M.Hartel, 2; 46; 58. N.Amiri, 14. A.Seydel, 28. L.Klosterman, 60. L.Öztunalı, 84.
Sarı vərəqə: X.Nəcəfov, 30. E.Cəfərov, 30. N.Amiri, 80.
Baş hakim: Daniyar Saxi (Qazaxıstan).
Bakı. “Dalğa Arena” stadionu.

Azərbaycan: 12. Mustafa Özhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Əliyev, 8. Budaq Nəsirov (7. Ehtiram Şahverdiyev, 46), 9. Renat Dadaşov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev (11. Fərid Nəbiyev, 62), 21. Xəyal Nəcəfov (17. Əlibəy Məmmədli, 83).
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13. Murad Qayalı, 18. İlkin Muradov, 20. Eltun Turabov.
Baş məşqçi: Samir Ələkbərov.
Almaniya: 1. Aleksandr Nübel, 3. Lukas Klosterman, 5. Timo Baumqartl, 6. Valdemar Anton, 7. Levin Öztunalı, 8. Mahmud Dahud (19. Florian Noyhaus, 42), 10. Nadim Amiri, 15. Filiop Oxs, 16. Aron Seydel, 18. Marsel Hartel (9. Yanni Serra, 61), 20. Tilo Kerer (k) (13. Paskal Ştentsel, 56).
Ehtiyat oyunçular: 12. Nils Kerber, 2. Yannes-Kilian Horn, 4. Cordan Torunariqa, 11. Sedrik Toyxert.
Baş məşqçi: Ştefan Kunts.

İrlandiya – 10, Almaniya – 9, Kosovo – 6, Norveç – 5, İsrail – 4, Azərbaycan – 0.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...