Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Messi pərt oldu - "...özümü çox pis hiss etdim"

Rusiya millisi ilə yoldaşlıq oyunu üçün Argentina millisinin heyətində Moskvada olan Lionel Messi maraqlı vəziyyətlə üzləşib.

Mynews.az komanda.az-a istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu qaldıqları otelə gələrək onunla şəkil çəkdirmək istəyən gəncin arzusunu yerinə yetirib. Ancaq Leo daha sonra həmin şəxsin adi azarkeş yox, "Zenit"də top qovan argentinalı futbolçu Sebastian Driussi olduğunu bildikdən sonra pərt olub. O, yerli mətbuata açıqlamasında həmyerlisini tanımadığına görə utandığını deyib:

"Əlbəttə, onun kim olduğunu bilirəm. Ancaq həmin anda tanıya bilmədim. Düşərgədə tez-tez rastlaşdığımız, şəkil çəkdirmək istəyən azarkeşlərdən biri olduğunu zənn etdim. Kim olduğunu açıqladıqdan sonra özümü çox pis hiss etdim. Buna görə ondan üzr istədim".

Driussi "Zenit"ə bu il, "River Pleyt"dən 15 milyon avro qarşılığında transfer olunub. O, "instaqram"da Messi ilə çəkdirdiyi şəkili paylaşaraq, "İdolum... Foto üçün təşəkkürlər" yazıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...