Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qalatasaray”dan gülünc təklif - Arda Turan üçün

“Qalatasaray” hazırda “Barselona”nın şərəfini qoruyan Arda Turanın transferi üçün qarşı tərəfə gülüş doğuran təkliflə müraciət edib.

Mynews.az komanda.az xəbər verir ki, “cim-bom” yarımmüdafiəçinin transferi üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Bu barədə məlumatı İspaniyanın “Don Balon” nəşri yayıb. Xəbərdə Ardanın transferi üçün 34 milyon avro xərcləmiş “Barsa” rəhbərliyinin bu məbləğin çox az olduğunu, lakin münasib məbləğə türkiyəli futbolçunu sata biləcəklərini qeyd etdikləri vurğulanıb.

Xatırladaq ki, Arda cari mövsümdə “Barselona”da heç bir oyunda şans qazanmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...