Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha iki milli DÇ-2018-ə vəsiqə qazanıb

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin ilk 2 cavab görüşü keçirilib.

Mynews.az xəbər verir ki, İsveçrə Şimali İrlandiyanı, Yunanıstan Xorvatiyanı qəbul edib.

DÇ-2018

Avropa zonası, "play-off" mərhələsi, Cavab oyunları

12 noyabr

21:00. İsveçrə - Şimali İrlandiya - 0:0

İlk oyun - 1:0

23:45. Yunanıstan - Xorvatiya - 0:0

İlk oyun - 1:4

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb. Daha əvvəl Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Misir, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis bu hüquqa yiyələnib.

Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...