Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Neftçi" klubu futbolçusunu cəzalandırdı

“Neftçi” klubunun futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. 

Mynews.az xəbər verir ki, klubdan Report-a verilən məlumata görə, gənc yarımmüdafiəçi intizam kodeksinə uyğun cərimələnib.

Buna səbəb Cəfərovun Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.

Qeyd edək ki, Elnur Cəfərov Azərbaycan yığmasının Almaniyaya 0:7 hesabı ilə uduzduğu görüşdən sonra əyləndiyini əks etdirən fotolar paylaşıb və azarkeşi təhqir edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...