Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın döyüşçünün hərəkəti etiraza səbəb oldu - VİDEO

Hindistanda MMA döyüş növü üzrə qadınlar arasında beynəlxalq turnir keçirilib.

Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, sözügedən turnirdə Roka adlı qadın döyüşçü, rəqibi Kampfanın boynunu ağrıdıcı fəndə salaraq burmağa başlayıb. Rokanın fəndi qarşısında aciz vəziyyətə düşən Kampfa təslim olmaq istəməyib.

Rəqibinə rəhm etmədiyini görən Kampfanın məşqçiləri boyunun qırılmasından qorxaraq döyüş meydanına ağ dəsmallar atıblar. Bundan sonra hakimin müdaxiləsi ilə rəqibinin boynunu buraxan Roka sevincini özünəməxsus şəkildə qeyd etməyə başlayıb. Onun boynunu sıxdığı rəqibinin sağlığıyla maraqlanmaması zala toplaşanların xoşuna gəlməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...