Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan

Olimpiya çempionu Toğrul Əsgərov karyerasını başa vura bilər.

Mynews.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, idmançı bu barədə artıq federasiyanın rəhbərliyinə məlumat verib.

Cəza müddətinin bitməsini gözləyən sərbəst güləşçi hələ də federasiya ilə münasibətlərini əvvəlki vəziyyətə gətirə bilmir. Bu səbəbdən o, qurum rəsmiləri ilə görüşərək cəza müddəti bitər-bitməz ya Türkmənistandan gələn təklifi dəyərləndirəcək, ya da karerasını bitirəcək.

Federasiya idmançının  əməliyyat və müalicəsi üçün pul ayırmayıb.

Güləşçinin yaxınlarının bildirdiyinə görə, bu durumdan idmançı və yaxınları çox narahatdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...