Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” azarkeşlərinə - ŞAD XƏBƏR

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 22 noyabrda baş tutacaq “Qarabağ” – “Çelsi” oyununa bütün biletlər satılması barədə xəbər vermişdik.

Mynws.az-ın məlumatına görə, rəqib onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

Klub rəhbərliyi oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. 

Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq əldə edə bilərsiniz.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...