Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu?

“Qarabağ”ın Çempionlar Liqasının V turu çərçivəsində İngiltərə təmsilçisi “Çelsi”yə qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Mynews.az xəbər verir ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş portuqaliyalı hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın referisi Manuel De Sousa olacaq. Ona Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...