Metro "Qarabağ"a görə gücləndirilmiş rejimə keçir
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
Mynews.az azvision.az-a istinadən məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, “Qarabağ”ın oyunu zamanı sadəcə “Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
"Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər".
Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək:
"Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib".
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 955 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 944 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 944 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 941 dəfə oxunub