Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ" - "Çelsi" oyunu ilə bağlı AZARKEŞLƏRƏ MÜRACİƏT - FOTO

Bakı Olimpiya Stadionu və “Qarabağ” klubu bu arenada “Çelsi” ilə keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət ünvanlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Ağdamın “Qarabağ” klubunun və Bakı Olimpiya Stadionunun rəsmi saytları məlumat yayıb, oyun üçün stadiona gəliş-gediş sxemi təqdim edilib.

Azarkeşlərdən xahiş olunur ki, stadiona gələrkən “E” qapısından çıxıb şərq körpüsündən və “S” qapısından keçib cənub körpüsündən istifadə etsinlər.

Çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslarla getmək lazımdır. İctimai dayanacağa getmək üçün “N” qapısı istiqamətində şimal körpüsündən, metronun “Koroğlu” stansiyasına getmək üçün isə “S” qapısından çıxıb cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyuna üç saat qalmış açıq olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...