Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səfir “Qarabağ”– “Çelsi” oyunu barədə: “Niyə də yox?” - FOTO

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq böyükdür. 

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hətta Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfirliyi də bu matça böyük diqqət ayırır.

Təsadüfi deyil ki, səfirliyin rəsmi səhifəsi qarşılaşma ilə bağlı paylaşım edib. Səfir Kerol Meri Krofts əlində “Qarabağ” və “Çelsi” yazılamış şərflə foto paylaşıb.

Maraqlıdır ki, paylaşımın üzərində DÇ-2018-in sçmə mərhələsində millimizin sloqanı olan “Niyə də yox?” yazılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...