Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ - Çelsi" oyunu ərəfəsində metroda neçə nəfər daşınıb?

Noyabrın 22-də "Qarabağ" - "Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

Mynews.az xəbər verir ki, bu barədə  Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500-dən artıq sərnişin daşımışıq".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...