Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qəbələ"dən 4 qələbə

"Qəbələ" Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, komandalar AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda aktivinə qələbə əlavə edib.U-19 öz meydanında "Vətən"lə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan "qırmızı-qaralar" 4-cü pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasında çıxış edən "Qəbələ" "Sumqayıt"la üz-üzə gəlib və 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komanda turnir cədvəlinin lideridir. U-16 səfərdə "Kəpəz"lə üz-üzə gəlib. "Qəbələ" bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib.

 

16 matçdan sonra 34 xala malik komanda 2-ci yerdədir. "Zirə" ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir. Qızlardan ibarət komanda isə yüksək liqada "Sumqayıt"a qalib gəlib - 4:3. 9 oyunda 22 xal yığan "qırmızı-qaralar" 2-ci pillədə qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...