Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UEFA Millətlər Liqasında digər qitələrin ölkələri də iştirak edə bilər

UEFA prezidenti Aleksandr Çeferin Millətlər Liqasını  genişləndirmək barədə düşünür.

Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bunun üçün digər qitələrin milli komandalarının da turnirə daxil edilməsi planlaşdırılır.

2021-ci ildən etibarən iki Cənubi Amerika və Asiya ilə Afrikanın hərəsindən bir ölkənin yığmasının Millətlər Liqasına qatılması planlaşdırılır. Bildirilir ki, Cənubi Amerika Konfederasiyasının prezidenti Alexandri Dominqes UEFA ilə birgə layihədə iştirakda maraqlıdır.

Qeyd edək ki, yeni təsis edilən Millətlər Liqası 2018-ci ilin sentyabrında start götürəcək. UEFA-nın Millətlər Liqasında 55 Avropa ölkəsinin futbol yığmaları iştirak edəcək. Millilər A, B, C və D divizionlarına bölünəcəklər. Püşkatma 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...