Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula-1-in 2018-ci il mövsümü üçün təqvimi

Dünya Avtomobil İdman Şurası Formula-1-in 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.

Mynews.az xəbər verir ki, mövsüm 21 mərhələdən ibarət olacaq.

İlk yarış martın 25-də, son yarış isə 25 noyabrda keçiriləcək. Azərbaycan Qran-Prisi aprelin 29-na təsadüf edəcək. İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi, Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

Formula-1. 2018-ci il mövsümü üçün təqvim

25 mart — Avstraliya Qran-Prisi

8 aprel — Bəhreyn Qran-Prisi

15 aprel — Çin Qran-Prisi

29 aprel — Azərbaycan Qran-Prisi

13 may — İspaniya Qran-Prisi

27 may — Monako Qran-Prisi

10 iyun — Kanada Qran-Prisi

24 iyun — Fransa Qran-Prisi

1 iyul — Avstriya Qran-Prisi

8 iyul — Böyük Britaniya Qran-Prisi

22 iyul — Almaniya Qran-Prisi

29 iyul — Macarıstan Qran-Prisi

26 avqust — Belçika Qran-Prisi

2 sentyabr — İtaliya Qran-Prisi

16 sentyabr — Sinqapur Qran-Prisi

30 sentyabr — Rusiya Qran-Prisi

7 oktyabr — Yaponiya Qran-Prisi

21 oktyabr — ABŞ Qran-Prisi

28 oktyabr — Meksika Qran-Prisi

11 noyabr — Braziliya Qran-Prisi

25 noyabr — Abu-Dabi Qran-Prisi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...