Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Messi daha bir rekorda imza atdı

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Mynews.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb.

Belə ki, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə “Bavariya”nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da "Vilyarreal"la matçda Messi “Barselona”nın heyətində 525-ci qolunu vurub.

Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə “Bavariya”nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən “Barselona”da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...