Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maradonanın rekordu qırıldı

İtaliya A Seriyasında 18-ci turunda "Napoli" öz meydanında "Sampdoria"nı 3:2 məğlub edib.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu oyunda fərqlənən Marek Hamşik Neapol təsmilçisinin tarixində 116 qolla ən sərrast futbolçu statusuna sahib çıxıb.

O, 115 qolu olan əfsanəvi Diyeqo Maradonanı (115 qol) geridə qoyub.

Maradona və Hamşikdən başqa "Napoli"nin daha 3 futbolçusu klubda 100 qol həddini keçib. Bunlar Atilla Sallustro (108), Edinson Kavani (104) və Antonio Voyyakdır (103).

Qeyd edək ki, 30 yaşlı Hamşik Neapol klubunda 2007-ci ildən çıxış edir. O, hazırda komandanın kapitanıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...