Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda dopinq aşkarlanan idman növləri məlum oldu

Azərbaycan Milli Antidopinq Agentliyi bu il idmançılar arasında keçirilmiş dopinq-testin nəticələrini açıqlayıb.

Mynews.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Şəfəq Hüseynlinin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 402 test keçirilib. 

Ş. Hüseynlinin sözlərinə görə, 2017-ci ildə həndbol idmanı üzrə 2, atletika üzrə 2, velosiped üzrə 3, bodibildinq üzrə 3 və ağır atletika üzrə 1 dopinq test müsbət çıxıb.

O bildirib ki, aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitə, 3-də hormon və metabolik modulyator, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyant və 1-də narkotiklər aşkarlanıb.

Qanında qadağan edilmiş maddələr aşkar edilmiş idmançılara müxtəlif sanksiyalar tətbiq olunub.

AMADA qanında qadağan edilmiş maddələr aşkarlanan idmançıların adlarını hələlik açıqlamayıb. Bildirilib ki, onların bəziləri nəticələrlə razı olmadığından apellyasiya şikayəti verib. (oxu.az)

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...