Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qol vurdu, zarafatına milyonlar güldü - VİDEO

Braziliyalı futbolçu Jakson Follman ölkə yığmasının baş məşqçisi Tite ilə "Korintians"ın çalışdırıcısı Fabio Karillenin dostlarından ibarət iki komandanın xeyriyyə matçında oynayıb.

Milli.Az bildirir ki, Braziliyanın "Şapokaense" klubunun oyunçusu, 25 yaşlı J.Follman 2016-cı ilin noyabrın 28-də Boliviyanın Santa-Krus şəhərindən Kolumbiyanın Medelyin şəhərinə 146 reysi ilə uçan və qəzaya uğrayan BAe 146 təyyarəsinin sərnişinləri arasında sağ qalmış 6 nəfərdən biridir. Qəzada ağır yaralanmış Follmanın sağ ayağı dizədək kəsilib.

Matçda qol vurandan sonra Folmann sağ ayağını tutaraq yerə yıxılıb və ayağında qıcolmanı imitiasiya edib.

Komanda yoldaşları Jaksonun yanına qaçaraq onun ayağını "masaj" etməyə başlayıblar.

Tamaşaçılar və şərhçi yalnız bir neçə saniyə sonra nə baş verdiyini anlayaraq gülməyə başlayıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...