Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimizin iki futbolçusu Çexiya klubunda

Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın “Slaviya” klubuna yollanıb.

Mynews.az xəbər verir ki, müdafiəçi Amin Seydiyevlə hücumameyilli yarımmüdafiəçi Rövlan Muradov hazırda Praqa təmsilçisinin düşərgəsində yer alıblar.

Müqavilə ilə “Qəbələ” klubuna məxsus olan 19 yaşlı futbolçular yanvarın 28-dək bu komandada baxışda olacaqlar.

Qeyd edək ki, daha əvvəl 19 yaşadək millimizin kapitanı Fərid Nəbiyev bu kluba yollanıb və “Slaviya” ilə 3 illik müqavilə bağlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...