“Qarabağ”ın Reynaldosu “Spartak”da
“Qarabağ”ın sabiq futbolçusu Reynaldo dos Santos Silva özünə yeni klub tapıb.
Mynews.az xəbər verir ki, 28 yaşlı sol cinah yarımmüdafiəçisi karyerasını Slovakiyada davam etdirəcək.
Braziliyalı futbolçu bu ölkənin yüksək liqasında mübarizə aparan Trnava “Spartak”ı ilə müqavilə bağlayıb. Bu komanda Slovakiya çempionatında 19 turdan sonra 43 xalla liderdir və ən yaxın izləyicisi “Jilina”nı 9 xal qabaqlayır. Onun keçidi ilə bağlı “Spartak”ın Britaniya vətəndaşı olan serbiyalı çalışdırıcısı Nestor El Maestro fikirlərini bildirib:
“O, bizim çempionat üçün bəlli səviyyəyə malik yaxşı oyunçudur. Düzdür, “Adanaspor”dan ayrıldıqdan sonra 6 ay oynamayıb. Ancaq bu, problem deyil. Artıq bizdə oxşar hala malik müsbət təcrübə var. Yasin Pəhlivan bizə qoşulanda il boyu futbol oynamamışdı. Hər şey qaydasında olacaq”.
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illər aralığında “Qarabağ”ın şərəfini qoruyub. O, 76 qarşılaşmada 43 qol vurub.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1144 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1052 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 979 dəfə oxunub