Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kriştiano Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?

"Real Madrid" futbol klubunun futbolçusu və Portuqaliya yığmasının kapitanı portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Instagram"da kişilər arasında ən yüksək məbləğ alan olub.

Milli.Az facemark.az-a istinadən bildirir ki, o hər reklam postu üçün 415 min dollar qazanır.

Bu barədə "HopperHQ" şirkətinin tədqiqatına istinadən Goal.com bildirir.

Futbolçunun adıçəkilən sosial şəbəkədə 116 milyon nəfər izləyiçisi var.

Şirkətin tədqiqatında birinci yeri müğənni Selena Gomez tutub. O, Instagramda hər reklam postu üçün 572 min dollar alır. İkinci yerdə isə model Kim Kardaşyan dayanır. 519 min dollarla. Ronaldodan başqa, reytinqdə daha bir idmançı yer tutub. Basketbolçu Lebron Ceyms. Onun bir postu üçün reklamverənlər 124 min dollar ödəyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...