Messi 41 il sonra o rekordu da qırdı
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı “Böyük beşlik” ölkələrində ən çox qol vuran futbolçu ünvanına şərik çıxıb.
“Levante” ilə qarşılaşmada fərqlənən Messi La Liqadakı 400-cü matçında 365-ci dəfə fərqlənib. Bununla da almaniyalı Herd Müllerə malik rekord 39 ildən sonra təkrarlanıb.
Alman əfsanə Bundesliqada 365-ci qolunu 1977-ci ildə vurub. Maraqlıdı ki, hər iki futbolçu bu qədər qolu 14 il ərzində vurub. Lionel artıq növbəti turda “Böyük beşlik”də mütləq rekorda yiyələnə bilər. Bunun üçün ona “Real Sosyedad”la səfər oyununda 1 dəfə fərqlənmək kifayətdi.
Qeyd edək ki, Messi klub səviyyəli turnirlərdə də “Böyük beşlik” təmsilçilərinin rekorçusudu. Hesabında 527 top olan argentinalı Müllerlə fərqi 2-yə çatdırıb.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 941 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 931 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 930 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 928 dəfə oxunub