Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA tanınmamış respublikanın millisi ilə oynamağa razılıq verib

Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində millimizin növbəti sınaqçı rəqibinin Kosovo ola biləcəyini xəbər vermişdik.

Mynews.az xəbər verir ki, Gürcüstanla oyun ləğv olunduğu üçün AFFA daha bir komanda axtarışına çıxmış və Kosovonu tapmışdı.

Belə ki, AFFA ilə Kosovo Futbol Federasiyası arasındakı ilkin razılığa əsasən, yığmamız fevralın 2-də Kosovo ilə yoldaşlıq oyunu keçirməlidir.

Lakin onu da bildirək ki, Kosovonun müstəqilliyi ölkəmiz tərəfindən indiyədək tanınmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...