CAR klubu “Qarabağ”dan 2,5 milyon dollar istəyir
“Qarabağ” Çin klubuna satdığı Dino Ndlovunun yerinə Zimbabve millisinin hücumçusu Xama Biliatı almaq istəyir.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunadək CAR-ın “Mamelodi Sandaunz” klubu ilə müqaviləsi olan Biliat üçün artıq qarşı tərəfə təklif göndərib.
“Qarabağ” Biliata aylıq təxminən 500 min CAR randı (69 min manat – S.T.) təklif edir.
CAR klubu isə oyunçunu ölkədən kənar xarici kluba satmaqda maraqlıdır. Lakin Afrika klubu “Qarabağ”dan bu transfer üçün 2,5 milyon dollar istəyir. Hazırda “Qarabağ” bu məbləğin aşağı endirilməsi üçün danışıqlar aparır.
Futbolçunun özü də komandadan ayrılmaqda istəklidir. Çünki baş məşqçi Pitso Mosimane 27 yaşlı futbolçunu əsas komandada oyun üzünə həsrət qoyub. Futbolçunun təmsilçisi Corc Deda da açıqlayıb ki, tərəflər şəxsi müqavilədə razılığa gəliblər.
Qeyd edək ki, Xama Biliat ikinci hücumçu qismində və ya cinahlarda oynamağı bacarır. O, Zimbabve millisində 26 oyuna yeddi qol vursa da, noyabrda Lesoto və Namibiya ilə yoldaşlıq oyunlarına çağırılmayıb. Billiat hazırkı klubu ilə iki dəfə (2013/14 və 2015/16) CAR çempionu, eləcə də, Afrika Çempionlar Liqasının (2016) və Afrika Superkubokunun (2017) qalibi olub.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub