Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbolçunu vuran hakimə ömürlük cəza - VİDEO

Fransalı hakim Toni Şapron ağır cəzaya məruz qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb Liqa 1-in XX turunda keçirilən “Nant” – PSJ matçındakı hərəkətidi.

Belə ki, qonaqların 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim Karlosu ikinci sarı vərəqə ilə meydandan qovub.

Bu hadisəni araşdıran Fransa Futbol Federasiyası Toni Şapronu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...