Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”dan “feyr pley” nümunəsi - VİDEO

Dünən “Qarabağ” Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Mynews.az xəbər verir ki, komandamız Rusiyanın I dəstə təmsilçisi “Kuban”la qarşılaşıb. 

İlk hissədə Ağdam klubu bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Birinci yarıda maraqlı məqam 40-cı dəqiqədə baş tutub. Türkiyəli həvəskar hakim “Kuban”ın futbolçusu Vladimir Lobkarevin ispaniyalı Miçelə qarşı hərəkətini səhvən penalti kimi dəyərləndirib. Buna görə də Mahir Mədətov “feyr pley” nümayiş etdirərək topu kənara vurub.

Türk hakim ikinci hissədə daha iki penalti təyin edib. Matçın 50-ci dəqiqəsində Əfran İsmayılov təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Üç dəqiqə sonra rəqibin hücumçusu Nikita Malyarov penalti zərbəsindən yararlanaraq hesabı bərabərləşdirib. Matçın 60-cı dəqiqəsində Malyarov bu dəfə cərimə zərbəsini dəqiq yerinə yetirərək Krasnodar təmsilçisini hesabda irəli çıxıb. Lakin 68-ci dəqiqədə “Qarabağ”ın gənc futbolçusu Zaur Fərzəliyev dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb - 2:2.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...