Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA inadından əl çəkmir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Mynews.az xəbər verir ki, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə Rusiyanın “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq.

Qeyd edək ki, Kosovonun müstəqilliyi ölkəmiz tərəfindən tanınmadığından onlarla qeyri-rəsmi oyun keçirməyə razılıq verməyimiz maraqlı məqamdır.

Xatırladaq ki, AFFA daha əvvəl fevralın 2-də bu iki ölkənin əsas millilərinin Türkiyədə yoldaşlıq oyunu keçirməsinə razılıq verib.   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...