Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz özündən yaşca kiçik komandaya uduzub - FOTO + VİDEO

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) dünən ikinci yoldaşlıq oyununu keçirib. 

Mynews.az xəbər verir ki, rəqib Albaniya millisi olub. 

AFFA-nın saytında rəqibin Albaniyanın U-21 millisi olduğu qeyd edilib. Lakin Albaniya Futbol Federasiyasının saytı Azərbaycana qarşı oynayan komandanın 20 yaşadək futbolçular, yəni U-20 millisi olduğunu bildirib. Hətta rəqibin heyətində 1999-cu il təvəllüdlü Arbnor Mutsolli adlı futbolçu da olub.

Bununla belə, komandamız özündən yaşca kiçik rəqibinə 0:1 hesabı ilə uduzub. Görüşdə yeganə qolu 55-ci dəqiqədə Belaydi Pusi vurub.

Xatırladaq ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu milli bundan əvvəl Türkiyənin “Alanyaspor” klubunun müvafiq komandasına 3:1 hesabı ilə qalib gəlmişdi. Komandamız növbəti oyununu sabah Gürcüstanın U-21 yığmasına qarşı keçirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...