Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya klubu “Neftçi”ni darmadağın etdi

Hazırlığını Antalyada davam etdirən “Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb.

Oxu.Az xəbər verir ki, komandamız “SKA-Xabarovsk”la üz-üzə gəlib.

Rusiyanın yüksək liqa klubu ilə qarşılaşma təmsilçimiz üçün uğursuz nəticələnib. Belə ki, ilk 10 dəqiqədə qapısında 3 cavabsız top görən Tərlan Əhmədovun yetirmələri fasiləyə 0:6 hesabı ilə geridə yollanıblar.

Rəqib ikinci hissəyə də qolla başlayıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqləniblər və yekunda Rusiya klubu 8:1 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, “SKA-Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...