Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrükdə yarım milyon manatlıq avtomobil saxlanıldı - FOTO

Dövlət Gömrük Komitəsinin əməkdaşları ban nömrəsi saxtalaşdırılan avtomobil aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 150 - 250 min ( 425 000 AZN) dollar civarındadır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...