Qurban Qurbanov "Qarabağ"dan ayrılır? - Açıqlama
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov “Qarabağ”dan ayrılmaq fikrində deyil.
Mynews.az xəbər verir ki, millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılmasının mümkünlüyünə dair səslənən fikirlərə münasibət açıqlayan 46 yaşlı mütəxəssis qeyd edib ki, bu ilin yayına qədər “Qarabağ”la müqaviləsinin müddətini uzadıb:
“Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur” – deyə Q.Qurbanov bildirib.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub