Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ın almaq istədiyi futbolçu CAR klubuna keçməyəcək

“Qarabağ”ın hədəfində olan Zimbabve millisinin hücumçusu Xama Biliat CAR-ın “SuperSport Yunayted” klubuna keçməyəcək.

Mynews.az xəbər verir ki, bunu həmin klubun baş məşqçisi Erik Tinkler deyib:

“Bizim ən azı iki səviyyəli oyunçuya ehtiyacımız var. Biz həmin transferlərə çox yaxınıq. İstəmirəm ki, hələ ad çəkim. Çünki bu proses hələ danışıq mərhələsindədir və ad açıqlasam, son dəqiqədə vəziyyət dəyişə və mən axmaq durumunda qala bilərəm. Yalnız zəmanət verə bilərəm ki, Xama Biliat danışıq apardığımız həmin oyunçulardan biri deyil. Yerli transfer bazarı ilə bağlı problem ondan ibarətdir ki, oyunçuların qiyməti olduqca bahadır. Bu, acı reallıqdır və həmin oyunçuların bu məbləğə dəydiyinə şübhə ilə yanaşıram”.

Qeyd edək ki, “Qarabağ” Xama Biliatı transfer etmək üçün onun məxsus olduğu “Mamelodi Sandauns” klubuna rəsmi müraciət edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...