Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İngiltərədə mövsümün ən təsadüfi qolu - VİDEO

Futbol üzrə İngiltərə Çempionşipində XXXIV tur çərçivəsində keçirilən "Brayton" - "Nyukasl" oyununda ilin ən kuryoz qolu vurulub.

Qolun müəllifi qonaq komandanın Seneqal əsilli fransalı futbolçusu Məhəmməd Diame olub.

Görüşün 80-ci dəqiqəsində "Nyukasl" futbolçuları künc zərbəsi yerinə yetirən zaman top iki toxunuşdan sonra Diamenin ayağına dəyərək qapıdan keçib.

Qeyd edək ki, fransalı futbolçunun kuryoz qolu matçın gedişatını dəyişib. Oyunun 80-ci dəqiqəsinədək 1:0 hesabı ilə öndə olan "Brayton" 2 qol buraxaraq, uduzub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...