Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Eddi İsrafilov İspaniya klubu ilə müqaviləsini pozdu - FOTO

Millimizdə çıxış etmiş futbolçu Eddi İsrafilov İspaniyanın “Ximnastik” klubu ilə müqaviləsini pozub.

Mynews.az xəbər verir ki, anası azərbaycanlı, atası anqolalı olan İsrafilov karyerasını İspaniyanın I divizion klubu “Alkorkon”da davam etdirəcək.

O, Alkorkon təmsilçisi ilə 2,5 illik, yəni 2020-ci ilin iyununadək nəzərdə tutulan müqavilə bağlayıb.

Xatırladaq ki, Eddi İsrafilov “Alkorkon”dan əvvəl İspaniyanın digər I divizion klubu “Ximnastik”də çıxış edirdi. O, bu kluba avqustun 29-da keçmiş və üç illik müqavilə bağlamışdı. Lakin göründüyü kimi, yarım ildən sonra Eddi müqaviləsini pozub. O, “Ximnastik”də cəmi 11 oyun keçirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...