Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə transfer bombası partladı

Türkiyə Super Liqasında transfer bombası partlayıb. Fanat.Az xəbər verir ki, Samuel Eto qardaş ölkədə klubunu dəyişib.   "Qalatasaray" və "Fənərbaxça"nın istədiyi deyilən seneqallı ulduz fərqli seçim edib. "Göztəpə"dən Adis Yahoviçi 1,5 milyon avroya alan "Konyaspor" bu gün Etonu heyətinə qatıb.   Bu barədə klubun mətbuat katibi Ahmet Baydar sosial mediada açıqlama yayıb: "Klubumuzun Samuel Eto ilə danışıqları müsbət yekunlaşdı. Xeyirli-uğurlu olsun. Allah utandırmasın".   "Konyaspor" seneqallı futbolçu üçün "Antalyaspor"a transfer haqqı ödəməyəcək. 2,5 illik müqavilə imzalayacaq Eto sabah komandaya qoşulacaq və "Qalatasaray"la oyuna qədər hazır olacaq.    Qeyd edək ki, Eto karyerası ərzində İspaniyada "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", İtaliyada "İnter", "Sampdoriya", Rusiyada "Anji", İngiltərədə "Çelsi" və "Everton" klublarında oynayıb. 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...