Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula-1-də “start qızları”na əvəz tapıldı

Formula-1 rəhbərliyi yeni mövsümdən yarışlardan əvvəl startda keçirilən tədbirlərin formatını dəyişib. Bundan sonra yarışda starta qızlar deyil, uşaqlar çıxacaq.  

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, formatın dəyişdirilməsi haqqında qərar FİA və Formula-1 rəhbərliyi tərəfindən qəbul olunub.

Uşaqlar avto-idman klublarının iştirakçıları arasından seçiləcək, dəvətnamələr lotereya şəklində oynanılacaq və ən yaxşı nəticə göstərən gənc sürücülərə paylanacaq. Dəvətnamə sahibləri  yarışdan əvvəl start zolağına çıxa biləcək.

“Gənc sürücülər üçün bu möhtəşəm bir an olacaq: təsəvvür edin ki, onlar öz kumirlərinin yanında dura biləcək, yarışa hazırlıq prosesi ilə tanış olacaq, startdan əvvəl olan dəyərli dəqiqələrdə avtopilotların yanında olacaq”, - deyə FİA rəsmi saytında Formula-1 kommersiya direktoru Şon Bratçesdən sitat gətirilib.

Xatırladaq ki, bundan əvvəl Bratçes Formula-1-in “grid-girls”, yəni “start qızları” formatının ləğv olunması haqqında qərarın qəbul olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qızların starta dəvət olunması təcrübəsi müasir sosial normalara ziddir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...