Millilərimizə baş məşqçilər təyin olundu - FOTO
Bu gün Azərbaycan Milli Karate Federasiyasında (AMKF) İdarə Heyətinin, məşqçilərin və böyüklərdən ibarət milli yığmasının üzvlərinin iştirakı ilə iclas keçirilib.
Mynews.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və müəyyən qərarlar verilib. Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub.
AMKF İdarə Heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini isə yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.
Bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, I vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar.
Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nailiyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib.
Yığıncaqda həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək olan nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub. Sabah BƏƏ-nin Dubay şəhərində keçiriləcək olan Premyer Liqa 1-də iştirak üçün yola düşən komanda üzvlərinə tövsiyələr verilib və qərarlar qəbul olunub.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 945 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 917 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 909 dəfə oxunub