Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimizin Millətlər Liqasına kimi dördüncü rəqibi bilindi

Azərbaycan milli komandasının Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. 

Mynews.az xəbər verir ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Millətlər Liqasının D zonasının A qrupunda mübarizə aparacaq yığmamız martın 23-də Bakıda Belarus, həmin ayın 27-də Antalyada Makedoniya, eləcə də, iyunun 9-da Riqada Latviya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız sentyabrda başlayacaq Millətlər Liqasında Kosovo, Farer adaları və Malta yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...