Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rafael Ağayev yenə çempion oldu

Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.

Mynews.az komanda.az-a istinadən xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançı finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.

Millimizin digər üzvləri - Ayxan Mamayev (-84 kq) və Nuranə Əliyeva (-50kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...