Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”ya transfer olundu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Mynews.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb.

“Qarabağ”ın futbolçusu “sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi səkkiz oyunçudan biri olub.

Turan Vəlizadə “Fənərbaxça”nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötənaykı Antalya toplanışında iştirak edib.

Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də “Əlincə” klubundan “Fənərbaxça”ya gedib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi “Qarabağ”ın aşağı yaş qruplarına cəlb olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...