Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Zəkiyevə Milli Paralimpiya Komitəsinin vitse-prezident seçildi - FOTOLAR

İlqar Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçilib.

Mynews.az-ın verdiyi məlumata görə, tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib.

Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...