Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Afrikalı futbolçu: Ruslan Qurbanov məni təhqir etdi - VİDEO

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” - “Zirə” oyunundan sonra baş verən dava hələ də yaddan çıxmayıb.

Mynews.az xəbər verir ki, Qəbələdə baş tutan görüşdə adıçəkilən komanda 2:1 hesabı ilə qalib gəlsə də, özünü meydan sahibi kimi aparmayıb.

Belə ki, “Qəbələ”nin dağıstanlı futbolçusu Ruslan Qurbanov Bakı komandasının qanalı hücumçusu Riçard Qadzeyə qarşı irqçi sözlər bildirib. Məhz oyun başa çatdıqdan sonra bu iki futbolçu arasında başlayan dava digərlərinə də sirayət edib. Onlara “Qəbələ”nin kapitanı Cavid Hüseynov və “Zirə”nin malili futbolçusu Sadio Tunkara qoşulub.

Riçard Qadze bu dava ilə bağlı Oxu.Az-a fikirlərini bildirib. O, qeyd edib ki, millimizin də futbolçusu olan Ruslan Qurbanov oyunboyu onu təhqirlərə məruz qoyub:

“O, oyun ərzində mənə təhqiramiz sözlər deyirdi. Amma mən təmkinimi pozmurdum. Matçın sonunda isə məni daha ağır sözlərlə təhqir etdi. Həmin sözləri mətbuatda səsləndirmək istəməzdim. Futbolçuya yaraşmayan sözlər idi”.

Qeyd edək ki, oyun başa çatdıqdan sonra bu davaya görə baş hakim Rauf Cabbarov tərəfindən sarı və ya qırmızı vərəqə ilə cəzalandırılan olmasa da, bu gün AFFA İntizam Komitəsinin olay barədə qərar çıxaracağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...